AZ

ABŞ Rusiyanın neft satışına tətbiq etdiyi sanksiyaları müvəqqəti ləğv edib

BAKI, 13 mart. TELEQRAF

ABŞ Maliyyə Nazirliyi martın 12-dək gəmilərə yüklənmiş Rusiya mənşəli neft və neft məhsullarının satış əməliyyatlarına tətbiq olunan sanksiyaları müvəqqəti ləğv edib.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsinin (OFAC) dərc etdiyi baş lisenziyada bildirilib.

Sənədə əsasən, Rusiyadan olan xam neft və neft məhsullarının satışı, daşınması və ya boşaldılması ilə bağlı əməliyyatlar, əgər həmin yüklər 12 mart 2026-cı il tarixədək gəmilərə yüklənibsə, icazəli sayılacaq.

Qeyd olunur ki, bu əməliyyatların həyata keçirilməsinə ABŞ-nin şərq sahili üzrə yay vaxtı ilə 11 aprel 2026-cı il saat 12:01-dək icazə verilir.

Lisenziya həmçinin ABŞ Maliyyə Nazirliyinin sanksiya siyahısına daxil edilmiş gəmilərə yüklənmiş enerji resursları ilə bağlı əməliyyatları da əhatə edir.

Seçilən
58
40
teleqraf.com

10Mənbələr