AZ

İraqda dron hücumu nəticəsində altı fransız hərbçisi yaralanıb

İraq Kürdüstanının Ərbil şəhərindəki hərbi bazaya pilotsuz uçuş aparatları ilə hücum olunub.

"Report" xəbər verir ki, bu barədə İraqın Ərbil əyalətinin qubernatoru Ümid Xoşnəv "Rudaw" televiziya kanalına açıqlamasında bildirib.

"Ərbil əyalətinin Mala Kara rayonuna endirilən zərbə nəticəsində altı fransız əsgəri yaralanıb, lakin kürd peşmərgə qüvvələrindən heç biri yaralanmayıb", - deyə regional qubernator bildirib.

Qeyd edək ki, hərbi bazada Fransa və peşmərgə qüvvələri yerləşib.

Seçilən
57
far.az

1Mənbələr