AZ

İraqın Ərbil şəhərindəki hərbi bazaya hücum olub, 6 fransız hərbçisi yaralanıb

Qahirə, 13 mart, AZƏRTAC

İraq Kürdüstanının Ərbil şəhərindəki Fransa və peşmərgə qüvvələrinin müştərək hərbi bazasına pilotsuz uçuş aparatları ilə hücum olunub.

AZƏRTAC “Əl-Cəzirə” telekanalına istinadla xəbər verir ki, bu barədə Ərbil şəhərinin meri məlumat verib.

Hücum nəticəsində hərbi hissədə partlayışlar və yanğın baş verib. Altı Fransa hərbçisinin yaralandığı bildirilir.

Şıxəli Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

 

Seçilən
84
1
azertag.az

2Mənbələr