AZ

Qalmaqallı klinikanın bağlanması TƏLƏB OLUNUR

Qalmaqallı “IQ Plastique” klinikası müflis ola bilər.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV-ləri məlumat yayıb.

Rusiya Federal Vergi Xidməti Moskvanın Arbitraj Məhkəməsinə “Ay Kyu Plastik” (IQ Plastique) klinikasının rəsmi sahibi olan MMC-nin müflis elan edilməsi tələbi ilə müraciət edib.

Bu tibb müəssisəsi tanınmış iş adamı Pyotr Qavrilovun orada keçirdiyi cərrahi müdaxilədən sonra dünyasını dəyişməsi ilə geniş səs-küyə səbəb olmuşdu.

İş adamı sözügedən klinikada mədə əməliyyatı etdirmişdi.

Son məlumatlara görə, Qavrilovu əməliyyat edən həkimlər — İlya Yelaqin və Tamerlan Kadzayevə qarşı açılmış cinayət işinə xitam verilib. Lakin klinika ətrafında qalmaqallar bununla bitmir.

Müəssisənin adı tez-tez ulduzların cərrahı kimi tanınan Timur Xaydarovla bağlı müzakirələrdə hallanıb.

2023-cü ildə müğənnilər Slava və Lyubov Uspenskaya da bu klinikada aparılan uğursuz plastik əməliyyatlara görə kəskin şikayətlər etmişdilər.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
94
interpress.az

1Mənbələr