AZ

Əraqçı nüvə danışıqlarında İranın ABŞ yə nə təklif etdiyini açıqladı

ain.az xəbər verir, Oxu.az saytına əsaslanaraq.

"İran danışıqlarda ABŞ-yə Tehranın nüvə silahı yaratmaq cəhdlərindən imtina etdiyini təsbit etməyi təklif edib, lakin Vaşinqton təklifi rədd edib".

Oxu.Az xəbər verir ki, bunu İslam Respublikasının xarici işlər naziri Abbas Əraqçı "X" platformasında bildirib.

"İranın nüvə silahından tamamilə imtina etmək təklifi rədd edildi, çünki ABŞ tərəfi texniki detalları başa düşmədi", - deyə o yazıb.

Xatırladaq ki, İran və ABŞ arasında Tehranın nüvə proqramı ətrafında vəziyyətin tənzimlənməsi üzrə danışıqların üçüncü raundu fevralın 26-da Cenevrədə Omanın vasitəçiliyi ilə keçirilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
82
oxu.az

1Mənbələr