AZ

Ağ Ev Kaliforniya üçün dron təhlükəsinə dair məlumatları silməyi tələb etdi

ain.az, Oxu.az saytına istinadən bildirir.

Ağ Ev "ABC News"dan İran tərəfindən Kaliforniyaya PUA hücumu təhlükəsi ilə bağlı materialı silməyi tələb edib.

Oxu.Az xəbər verir ki, Ağ Evin mətbuat katibi Kerolayn Livitt "X" platformasında ABC-nin bu materialı dərhal geri götürməli olduğunu bəyan edib, çünki onun fikrincə, material Amerika xalqını qəsdən qorxutmaq məqsədi daşıyan yalan məlumatı tərənnüm edir.

Telekanal ötən gün FTB-nin fevralın sonlarında ABŞ və İsrailin İranda əməliyyata başlamazdan bir qədər əvvəl Kaliforniya polisinə təsdiqlənməmiş məlumatlar aldığı barədə bildiriş göndərdiyini, Tehranın Vaşinqton İrana zərbə endirərsə, ştatda dəqiqləşdirilməmiş hədəflərə PUA ilə hücum etməyi planlaşdırdığını bildirmişdi.

"İrandan vətənimizə belə bir təhlükə yoxdur və heç vaxt olmayıb", - deyə Livitt yazıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
108
oxu.az

1Mənbələr