AZ

Avropa İttifaqı martın 19-da İran və Ukraynanı müzakirə edəcək

Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta, 19 martda Aİ dövlət və hökumət başçıları arasında Yaxın Şərq və Ukraynadakı vəziyyəti müzakirə etmək üçün görüş çağırıb.

"Report" xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.

"Həmkarlar, sizi 19 martda keçiriləcək Avropa Şurasının iclasına dəvət edirəm. Biz İran və Yaxın Şərq regionundakı vəziyyəti müzakirə edəcəyik", - deyə Koşta bildirib.

Diplomat əlavə edib ki, Ukrayna, Livan, Qəzza zolağı və Qərb sahilindəki vəziyyət də gündəmdə olacaq.

Dəvət olunan iştirakçılar arasında Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterreş, Avropa Mərkəzi Bankının (AMB) rəhbəri Kristin Laqard və Avrozona Maliyyə Nazirləri Şurasının sədri Kiriakos Pierrakakis də var.

Seçilən
76
far.az

1Mənbələr