AZ

Tramp İran neftinin ürəyini hədəflədi - Xark adasının işğal planına Amerikada da inanmırlar...



ABŞ və İsrailin İrana hücumlarından sonra dünyanın ən vacib enerji tranzit nöqtələrindən biri olan Hörmüz boğazında baş verən fasilələr qlobal enerji bazarlarında kəskin qiymət dəyişikliyinə səbəb olub. Qlobal neft və mayeləşdirilmiş təbii qaz (LNG) ticarətinin təxminən 20%-nin həyata keçirildiyi boğazdakı fasilələr enerji təchizatında ciddi azalma ilə bağlı narahatlıqları gerdikcə daha da artırır.

Belə bir vaxtda, İranın ən böyük neft terminalı olan Xark adası yenidən ön plana çıxıb. Gündəlik 7 milyon barel tutumu ilə ada İranın neft ixracatının 90%-ni qarşılayır. Qeyd etmək lazımdır ki, gündəlik 7 milyon barel tutumuna malik ada, ABŞ sanksiyaları səbəbindən gündə orta hesabla 1,6 milyon barel civarında neft hasil edir. Başqa sözlə, sanksiyalar adanın ixrac tutumunun yalnız 60-65%-nin istifadəsinə səbəb olur.

ABŞ-ın hazırki hədəflərindən biri hesab edilən təxminən 8 min əhalisi olan Xark adası İran sahillərindən 30 km məsafədə yerləşir. Kritik adanın sahəsi 21 kvadrat kilometrdir və Buşehr sahillərindən kənarda yerləşir. Kiçik ölçüsünə baxmayaraq, İranın enerji infrastrukturunun mərkəzində yer alan adanın əhəmiyyətli bir hissəsini neft terminalları, boru kəmərləri və nəhəng saxlama çənlərindən ibarətdir. Xark adasında birbaşa neft hasilatı aparılmır. İranın ərazi sularında və dənizdə yerləşən Əbu Zərr, Furuzan və Durud neft yataqlarından, eləcə də bəzi quru yataqlarından çıxarılan xam neft sualtı boru kəmərləri vasitəsilə adadakı böyük saxlama və yükləmə müəssisələrinə nəql olunur. Daha sonra neft çənlərdə saxlanılır və ya əsasən böyük tankerlərlə Asiya bazarlarına göndərilir.

Adanın daha bir özəlliyi isə onun təbii dərin su limanına sahib olmasıdır. Dərin sular adaya böyük tankerlərin yaxınlaşmasına imkan verir. Bütün bunlara görə, Xark adası İranın ən vacib logistika mərkəzi hesab edilir.

"Qadağan olunmuş Ada" kimi də tanınan bu yerə giriş qeyri-rezidentlər üçün xüsusi icazə tələb edir. Strateji əhəmiyyəti nəzərə alındıqda, ABŞ mətbuatında Hark Adası ilə bağlı iddiaların nə qədər ciddi olduğunu açıq görünür. ABŞ mətbuatı son günlərdə hərbi hədəf kimi görülən bu ada ilə bağlı "blokada, hücum və ələ keçirmə" kimi variantların müzakirə mövzusu olduğunu iddia edir. “Axios” qəzeti adı açıqlanmayan mənbələrə istinadən ABŞ administrasiyasının Xark adasını ələ keçirməyi müzakirə etdiyini yazıb.

Amerika rəsmiləri hesab edir ki, adaya nəzarəti ələ keçirmək İranın neft gəlirlərini kəsə və Tehran rejiminə əhəmiyyətli iqtisadi təzyiq yarada bilər. Lakin bildirilir ki, ABŞ administrasiyasında adaya hücumla bağlı ehtiyatlı yanaşma mövcuddur. Vaşinqton İranın neft infrastrukturuna genişmiqyaslı hücumların qlobal neft bazarlarını sarsıda və regional münaqişəni daha da alovlandıra biləcəyindən narahatdır. Çünki ABŞ-İsrail hücumlarından sonra İranın Hörmüz boğazından keçidi əhəmiyyətli dərəcədə məhdudlaşdırması və neft tədarükünün azalması səbəbindən enerji qiymətlərinin sürətlə artması da riskləri artırıb.

Bütün bunlarla belə Amerika mediası İranın raket hücumlarının mənzilindən kənarda qalmaq üçün Hörmüz boğazına belə yaxınlaşa bilməyən ABŞ qüvvələrinin İranın əsas hissələrinə bu qədər yaxın məsafədəki Xark adasını ələ keçirmək planlarına isə şübhə ilə yanaşır.

İran isə hücum ehtimalına qarşı böyük ölçüdə anbarlarını boşaltdığı Xark adasına, və ya digər strateji infrastruktura hər hansı hücum olarsa, buna təkcə regional hücumlarla deyil, genişmiqyaslı raket və hava hücumları ilə və enerji nəqli marşrutlarını hədəf almaqla cavab verəcəyini bəyan edib. İran Parlamentinin sədri Kalibaf "ABŞ-ın Hark Adasına hücum planlaşdırması" iddialarına sərt cavab verib: "Vətən və ya ölüm! İran adalarına edilən hər hansı bir hücum bütün məhdudiyyətləri ləğv alt-üst edəcək. Bütün məhdudiyyətləri kənara qoyub Fars körfəzini işğalçıların qanı ilə sulayacağıq".

Xatırladaq ki, Tehran və Vaşinqton arasında danışıqlar davam etdiyi bir vaxtda, İsrail və ABŞ fevralın 28-də İrana hərbi hücuma başlayıb. İran isə bu hücumlara İsrail, Qətər (ABŞ bazalarının yerləşdiyi yer), Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Bəhreyn də daxil olmaqla bir sıra regional ölkələrdə müəyyən etdiyi hədəflərə hücumlarla cavab verir. ABŞ-İsrail hücumlarında İran lideri Ayətullah Əli Xamenei də daxil olmaqla çoxsaylı yüksək vəzifəli məmur öldürülüb. İran rəsmilərinin məlumatına görə, ABŞ-İsrail hücumlarında 1332 nəfər həyatını itirib.

Tahir TAĞIYEV

Seçilən
17
baki-xeber.com

1Mənbələr