AZ

İlon Maskın atası Moskvaya gedəcək

ain.az xəbər verir, 525.az saytına əsaslanaraq.

Aprelin 14-15-də Moskvada kriptovaltuya və "Web3"ə həsr olunmuş "Blockchain Forum 2026" beynəlxalq tədbiri keçiriləcək.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, tədbirdə 100-dən çox ölkədən 20 min adamın iştirakı gözlənilir.

Aprelin 15-də biznesmen və milyardçı İlon Maskın atası, Errol Maskla müsahibə təşkil ediləcək. Səhmdar və sahibkarlıqla məşğul olan ata Mask burada həm də spiker kimi çıxış edəcək. Ümumilikdə forumda 200 spikerin çıxışı planlaşdırılıb.

Qeyd edək ki, Errol Mask bir neçə dəfə Rusiyaya səfər edib və bu səfərlərin birində  Rusiya vətəndaşlığını almaq istədiyini bildirmişdi.

L.Tağıyeva

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
55
525.az

1Mənbələr