Bizimyol saytından alınan məlumata görə, ain.az bildirir.
Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksinin ərazisində nümayiş etdirilən dəmirçi emalatxanasında qədim dövrlərə aid olan qandallar diqqətimdən qaçmadı. Bu qandallar sadəcə bir metal parçası kimi görünsə də, insan həyatında mühim əhəmiyyətə malik olub. Qədim zamanlarda sadə bir dəmir halqa kimi görünən qandal, "azadlıq" anlayışı üçün mühüm funksiya daşıyıb. Qol və ayaq üçün nəzərdə tutulmuş həbs qandalları məhbusların hərəkətini məhdudlaşdırmaq üçün nəzərdə tutulub.
Qandalların tarixi qədimdir. Qədim Mesopotamiya və Misirdə, həmçinin Azərbaycan ərazisində Orta əsrlərdə qandallar həm hüquqi, həm də təhlükəsizlik məqsədilə tətbiq edilib. Sadə halqalar zəncirlərlə birləşdirilərək həm qol, həm də ayaq hərəkətini məhdudlaşdırırdı.
Bu gün bu qandallardan istifadə edilməsə də, qədimdən qalan nümunələr muzeylərdə və sərgilərdə qorunur. Onlar tarixi hüquqi sistem, təhlükəsizlik və cəza anlayışlarını anlamağa imkan verən etnoqrafik nümunələrdir. Baxanda sadə dəmir parçasına bənzəsə də, bu qandallar o dövrlərdə insanları azadlıqlarından məhrum edir, köləyə və ya məhkuma çevirirdi. Bu qandallar öz dövrünün dəmirçiləri tərəfindən hazırlanırdı.
İradə Cəlil, Bizimyol.info
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.