AZ

Yutub dünyanın ən böyük media şirkətidir

ain.az bildirir, Axsham.az saytına əsaslanaraq.

Yutub dünyanın ən böyük media şirkəti seçilib.

Axşam.az xəbər verir ki, Bu barədə “The Hollywood Reporter” nəşri məlumat yayıb.

2025-ci ildə yutubun gəliri 62 milyard dollar təşkil edib. Bu göstərici ilə platforma “The Walt Disney Co.”nun 60,9 milyard dollarlıq media gəlirini geridə qoyaraq dünyanın ən böyük media şirkətinə çevrilib.

Məlumata görə, platformanın təxmini bazar dəyəri 500–560 milyard dollar arasındadır. Ən yaxın rəqib isə 409 milyard dollarlıq kapitallaşma ilə “Netflix” hesab olunur.

Şirkətin gəlirinin böyük hissəsi reklamlardan (40 milyard dollardan çox) əldə edilir. Bundan başqa, “YouTube Premium”, “YouTube Music”, “NFL Sunday Ticket” və “YouTube TV” kimi ödənişli xidmətlər də gəlir gətirir.

Analitiklər hesab edir ki, platforma süni intellekt alətlərinə investisiyalar və böyük auditoriya sayəsində yaxın illərdə də sürətlə böyüməyə davam edəcək.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
57
1
axsam.az

2Mənbələr