AZ

İran Hörmüzlə bağlı şərtini açıqladı

ain.az xəbər verir, GlobalInfo saytına əsaslanaraq.

Hörmüz boğazından keçən gəmilər İran Hərbi Dəniz Qüvvələri ilə əlaqələndirilməlidir.

Globalinfo.az xəbər verir ki, bunuİran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai deyib.

Diplomat qeyd edib ki, ABŞ və İsrailin bölgədə yaratdığı qeyri-sabitlik gəmiçilik trafikinə mənfi təsir göstərə bilər, lakin Tehran Hörmüz boğazının təhlükəli olmasını istəmir.

Qeyd edək ki, İranın yeni ali lideri Müctəba Xamenei bir müddət əvvəl Hörmüz boğazının Tehran tərəfindən blokada altında qalacağını bildirib. O bu qərarın İslam Respublikasının düşmənlərinə təzyiq göstərmək üçün zəruri olduğunu qeyd edib.

Tahir Turan

Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
70
globalinfo.az

1Mənbələr