AZ

Səhiyyə Nazirliyindən növbəti milyonluq tender – 1,2 milyon manat təmirə gedir

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Tikilməkdə olan Müəssisələrinin Müdiriyyəti tabeliyində olan tibb ocaqlarının maddi-texniki vəziyyətinin yaxşılaşdırılması və infrastrukturun yenilənməsi məqsədilə irimiqyaslı tender elan edib.

NOCOMMENT.az xəbər verir ki, Nazirlik tərəfindən həyata keçirilən bu layihə çərçivəsində tibb müəssisələrində zəruri olan cari təmir işlərinin yerinə yetirilməsi nəzərdə tutulur.

Sözügedən satınalma üzrə işlərin ümumi ehtimal olunan qiyməti 1.276.592,45 AZN təşkil edir ki, bu da ölkə daxilində fəaliyyət göstərən tibb müəssisələrinin modernləşdirilməsinə ayrılan növbəti böyük həcmli vəsaitdir. Layihə çərçivəsində binaların daxili və xarici hissələrində yaranmış nasazlıqların aradan qaldırılması, mühəndis-kommunikasiya sistemlərinin işlək vəziyyətə gətirilməsi və pasiyentlərin qəbulu üçün daha əlverişli şəraitin yaradılması hədəflənir. /32gun.az /

Seçilən
43
21
nocomment.az

10Mənbələr