AZ

Vaşinqtondan kritik qərar – HHM sistemləri Avropadan  çıxarılır

ABŞ Yaxın Şərqdə artan gərginlik fonunda hərbi mövqelərinin müdafiəsini gücləndirmək üçün yeni addım atır.

Musavat.com xəbər verir ki, Pentaqon Avropada yerləşdirilmiş əlavə hava hücumundan müdafiə sistemlərinin bir hissəsinin regiona köçürülməsi barədə qərar qəbul edib.

Məlumata görə, bu addım ABŞ və müttəfiq qüvvələrin Yaxın Şərqdə yerləşən hərbi bazalarının təhlükəsizliyini təmin etmək məqsədi daşıyır. Son günlər İran və onunla əlaqəli silahlı qrupların ABŞ mövqelərinə qarşı mümkün raket və dron hücumları ilə bağlı risklərin artması Vaşinqtonu belə qərar verməyə vadar edib.

Verilən məlumatlara görə, Avropadan köçürülən hava hücumundan müdafiə vasitələri bölgədə yerləşən ABŞ hərbi obyektlərinin qorunmasını gücləndirəcək və ehtimal olunan hücumların qarşısının alınmasına xidmət edəcək.

 


Musavat.com

Seçilən
58
15
musavat.com

10Mənbələr