AZ

Gürcüstanda yaşayan azərbaycanlı deputat: İnanclı vətəndaşlara qarşı səslənən radikal fikirlər qəbuledilməzdir » AzadMedia.az

Gürcüstanda


Gürcüstanda yaşayan azərbaycanlı deputat son vaxtlar inanclı vətəndaşlara qarşı bəzi radikal müxalifət nümayəndələri tərəfindən səsləndirilən fikirləri qəbuledilməz adlandırıb.

Deputat bildirib ki, bu günlərdə ölkənin müsəlman icmasının şərəfinə təşkil olunan iftar məclisində Irakli Kobakhidze də bu məsələyə diqqət çəkib. Onun sözlərinə görə, Gürcüstanın baş naziri tədbirdə çıxışı zamanı müasir və güclü dövlət quruculuğu prosesində müsəlman icmasının rolunun böyük olduğunu vurğulayıb.

Deputat qeyd edib ki, son dövrlərdə inanclı vətəndaşlara qarşı səsləndirilən əsassız iddialar və fikirlər cəmiyyətdə süni gərginlik yaratmağa xidmət edir. Onun sözlərinə görə, Gürcüstan dövləti bütün vətəndaşların hüquq və azadlıqlarının qorunmasına, ölkədə sabitliyin və ictimai təhlükəsizliyin təmin olunmasına sadiqdir.

Bildirilib ki, siyasi məqsədlərlə cəmiyyətin müxtəlif təbəqələrini qarşı-qarşıya qoymağa cəhd göstərilməsi, xüsusilə etnik və dini zəmində həssas mövzuların manipulyasiya olunması qəbuledilməzdir. Deputatın sözlərinə görə, bu cür ritorika ölkənin milli maraqlarına və ictimai birliyinə ciddi zərər vurur.

O əlavə edib ki, Kvemo Kartli bölgəsində yaşayan müsəlman vətəndaşlar Gürcüstanın sadiq vətəndaşlarıdır və ölkənin suverenliyi və ərazi bütövlüyü naminə hər zaman fədakarlıq göstərməyə hazırdırlar.

Deputat vurğulayıb ki, inanclı müsəlman vətəndaşların mövqeyinə, dəyərlərinə və həssaslıqlarına hörmətlə yanaşmaq cəmiyyətin hər bir üzvünün mənəvi borcudur.

Seçilən
37
1
azadmedia.az

2Mənbələr