AZ

Rusiya Yaxın Şərq ölkələri ilə müntəzəm aviareysləri tədricən bərpa edəcək » AzadMedia.az


Rusiya Yaxın Şərq ölkələri ilə müntəzəm sərnişin aviareyslərini mərhələli şəkildə bərpa etməyi planlaşdırır. Bunu Rusiyanın nəqliyyat naziri Andrey Nikitin bildirib. Onun sözlərinə görə, qərar bölgədəki mövcud təhlükəsizlik reallıqları nəzərə alınaraq veriləcək. Nazir həmçinin qeyd edib ki, Rusiya və xarici aviaşirkətlər regiondan Rusiyaya insanların çıxarılması üçün artıq 284 xüsusi reys həyata keçirib. ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatları fonunda minlərlə rusiyalı BƏƏ və digər Yaxın Şərq ölkələrində reyslərin ləğvi səbəbindən çətin vəziyyətdə qalıb. Turizm şirkətlərinin zərərinin 10 milyard rubldan çox ola biləcəyi bildirilir.
Seçilən
113
1
azadmedia.az

2Mənbələr