AZ

"Mançester Yunayted"dən gözlənilməz gediş - ƏTRAFLI

İngiltərənin "Mançester Yunayted" klubu yeni mövsüm üçün qapıçı axtarışlarını maraqlı bir qərarla yekunlaşdırıb.

Fanat.Az xəbər verir ki, "qırmızı şeytanlar"ın rəhbərliyi "Aston Villa"nın təcrübəli qolkiperi Emiliano Martinesin əvəzinə gənc Senne Lammensi birdəfəliik transfer etməyə üstünlük verib.

Jurnalist Riç Feyin məlumatına görə, klubun skautları gənc belçikalının bir neçə mühüm göstəricidə dünya çempionu Martinesdən daha effektiv olduğunu müəyyən ediblər.

Xüsusilə Lammensin qapı xəttindəki reaksiyaları, havadan gələn ötürmələrdəki inamlı çıxışları və gənc yaşına baxmayaraq soyuqqanlılığı rəhbərliyi cəlb edib.

Seçilən
8
1
fanat.az

2Mənbələr