AZ

Daha klubun həkimlərinə etibar etmir

Deyəsən, Kilian Mbappe uzun müddət futbol oynamayacaq.

"Football-plus.az" xəbər verir ki, “Real”ın hücumçusu dizi tamamilə sağalana qədər meydana çıxmaq fikrində deyil.

“Cadena SER”in xəbərinə görə, bir müddətdi zədəli olan futbolçu fransalı mütəxəssislərlə məsləhətləşmək üçün ölkəsinə yollanıb. Onun “Real”ın həkimlərinə olan inamını itirdiyi bildirilir.

Son bir neçə oyunu buraxan Kilian bu mövsüm bütün turnirlərdə 33 oyunda meydana çıxıb, 38 qol vurub və 6 məhsuldar ötürmə edib. Onun klubla müqaviləsinin müddəti 2029-cu ilin yayına qədərdi.

Seçilən
82
2
football-plus.az

4Mənbələr