AZ

Ronaldodan iddialı baş məşqçi təklifi

style='margin-bottom:10px;'>

Portuqaliya millisinin kapitanı Kriştiano Ronaldo yığmanın gələcək baş məşqçisi ilə bağlı istəyini federasiyaya çatdırıb.

QOL.az xəbər verir ki, “Topskills Sports UK” nəşrinin məlumatına görə, təcrübəli hücumçu hazırda “Əl-Nəsr”i çalışdıran Jorje Jesusun millinin baş məşqçisi olmasını təklif edib. Bildirilir ki, Səudiyyə Ərəbistanı təmsilçisinin çalışdırıcısı da müvafiq təklif olarsa, məsələyə isti yanaşır.

Xatırladaq ki, Ronaldo eyni zamanda FİFA-dan üç oyunluq cəza almaq təhlükəsi ilə üz-üzədir. Portuqaliya Futbol Federasiyası onun İrlandiya ilə matçda aldığı qırmızı vərəqəyə görə tətbiq oluna biləcək cəzanın yüngülləşdirilməsi üçün müraciət hazırlayır. Cəza qüvvədə qalsa, Ronaldo DÇ-2026-nın qrup mərhələsinin ilk oyunlarını buraxa bilər.

Seçilən
134
4
teleqraf.com

5Mənbələr