AZ

Günay Qurbanova Avropa çempionatında qızıl medal qazanıb - YENİLƏNİB-2

Azərbaycanın qadın güləşçisi Günay Qurbanova (59 kq) Serbiyanın Zrenyanin şəhərində təşkil olunan U-23 Avropa çempionatının qalibi adını qazanıb.

"Report"un yarışa ezam olunan əməkdaşının məlumatına görə, o, finalda belaruslu Marta Hetmanavanı məğlub edib.

Avropa çempionatına martın 15-də yekun vurulacaq.

Azərbaycanın qadın güləşçisi Gültəkin Şirinova (55 kq) Serbiyanın Zrenyanin şəhərində təşkil olunan U-23 Avropa çempionatında gümüş medal qazanıb.

"Report"un yarışa ezam olunmuş əməkdaşının məlumatına görə G.Şirinova finalda macarıstanlı Gerta Terekə 0:11 hesabı ilə məğlub olub.

Avropa çempionatına martın 15-də yekun vurulacaq.

Azərbaycanın qadın güləşçisi Ruzanna Məmmədova (62 kq) Serbiyanın Zrenyanin şəhərində təşkil olunan U-23 Avropa çempionatında finala vəsiqə qazanıb.

"Report"un yarışa ezam olunan əməkdaşının məlumatına görə, R.Məmmədova yarımfinalda fransalı İris Matilda Tibunu məğlub edib.

Qeyd edək ki, daha əvvəl Gültəkin Şirinova və Günay Qurbanova da finala vəsiqəni təmin etmişdi.

Seçilən
119
5
far.az

6Mənbələr