AZ

Azərbaycanın qadın güləşçisi Avropa çempionu olub

ain.az, Azertag saytına istinadən bildirir.

Zrenyanin, 12 mart, AZƏRTAC

Azərbaycanın qadın güləşçisi Günay Qurbanova Serbiyanın Zrenyanin şəhərində təşkil olunan U-23 Avropa çempionatında qızıl medal qazanıb.

AZƏRTAC xəbər verir ki, 59 kiloqram çəki dərəcəsində çıxış edən idmançı finalda Belarus təmsilçisi Marta Hetmanava ilə qarşılaşıb.

Görüş idmançımızın qələbəsi ilə yekunlaşıb. Bununla da Günay Qurbanova Avropa çempionu olub. Gültəkin Şirinova (55 kiloqram) isə gümüş medal qazanıb.

Müxbir: Cavid Əliyev

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
81
13
azertag.az

10Mənbələr