AZ

Zaxarovadan Anderssona sərt cavab:Sən kimsən ki, Rusiyanı nüvə ilə hədələyirsən?

Rusiyanın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Maria Zaxarova Rusiyaya qarşı nüvə silahı ilə bağlı səsləndirilən təhdidlərə sərt reaksiya verib.

Redaktor.az xəbər verir ki, brifinq zamanı o, keçmiş İsveç baş naziri Magdalena Anderssona “sən” deyə müraciət edərək onun Avropa İttifaqının Rusiyaya nüvə zərbəsi endirmək imkanları barədə fikirlərinə cavab verib.

“Sən kimsən, Magdalena Andersson, Rusiyanı nüvə silahı ilə hədələyəsən və üstəlik deyəsən ki, guya Rusiyadan heç nə qalmayacaq, çünki onu ‘tamamilə darmadağın edəcəklər’? Sən bu həyatda nə etmisən ki, belə mövzular haqqında mülahizə yürüdəsən?” - deyə o, etirazını bildirib.

Zaxarova siyasətçini qonşu Danimarkadakı problemlərlə məşğul olmağa çağırıb. O qeyd edib ki, Danimarkanın tərkib hissəsi olan Qrenlandiya müdafiəyə ehtiyac duyur. Diplomat həmçinin siyasətçiyə planetin taleyi barədə düşünməzdən əvvəl Avropa İttifaqı daxilində öz suverenliyini qorumağı məsləhət görüb.

Bundan əvvəl Rusiya XİN nümayəndəsi bildirib ki, Kiyev Qərb ölkələrindən nüvə komponenti əldə etməyə çalışır.
“Biz görürük ki, Kiyev rejimi sözün əsl mənasında Qərbdən bu nüvə komponentini ‘dilənir’; görünür, onlara bu çox çatışmır”, — deyə diplomat vurğulayıb.

Xədicə BAXIŞLI

Seçilən
51
redaktor.az

1Mənbələr