“Nant”ın yeni baş məşqçisi müəyyənləşib. Komandaya sabiq çalışdırıcısı təyin olunub.
"Football-plus.az" xəbər verir ki, Fransa klubunu bundan sonra Vahid Halilhociç çalışdıracaq. 73 yaşlı mütəxəssislə cari mövsümün sonuna qədər müqavilə imzalanıb. O, yeni vəzifədə Ahmed Kantarini əvəzləyib.
Qeyd edək ki, bu, Halilhociçin “Nant”a ikinci baş məşqçi təyinatıdı. Bosniyalı mütəxəssis bundan əvvəl komandaya 2018-ci ilin oktyabrından 2019-cu ilin avqustuna qədər rəhbərlik edib. Onun sonuncu iş yeri Mərakeş yığması olub.
“Nant” hazırda Liqa 1-də 17 xalla 18 komanda arasında 17-ci yeri tutur.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta