AZ

Xocavənddə mina hadisəsi baş verib - YENİLƏNİB

Xocavənd rayonunda mina hadisəsi baş verib.

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Daxili İşlər Nazirliyi, Baş Prokurorluğu və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətləri məlumat yayıb.

Bildirilib ki, işğaldan azad edilmiş Xocavənd rayonunun Aşağı Veysəlli kəndi ərazisində 2026-cı il 12 mart tarixində mina hadisəsi baş verib.

1968-ci il təvəllüdlü Ağdam rayon sakini Hacıyev Ramiz Maşallah oğlu keçmiş təmas xəttində minalardan təmizlənməmiş ərazidə mal-qara otararkən atla tank əleyhinə minaya düşərək həlak olub.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

ANAMA, AR DİN və Baş Prokurorluq bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa, bələd olmadıqları ərazilərə daxil olmamağa, çəpərləmə fəaliyyəti aparılan ərazilərə müdaxilə etməməyə çağırır.


*** 21:12

Füzulidə mina hadisəsinin baş verməsi nəticəsində atla minaya düşən çoban həyatını itirib.

Bizim.Media xəbər verir ki, hadisə rayonun işğaldan azad edilmiş Aşağı Veysəlli kəndi ərazisində qeydə alınıb.
 

Belə ki, Ağdam rayon sakini 1968-ci il təvəllüdlü Hacıyev Ramil Maşallah oğlu mina hadisəsi nəticəsində həyatını itirib.


Hadisə yerinə cəlb edilmiş ANAMA mütəxəssisləri mərhumun meyitini götürərək aidiyyəti üzrə təhvil verib.

Faktla bağlı araşdırma aparılır.

Bizim.Media

Seçilən
109
9
bizim.media

10Mənbələr