AZ

Tehran İrandakı münaqişəni BMT üçün "sonun başlanğıcı"ADLANDIRDI

İrandakı hazırkı müharibə BMT üçün "sonun başlanğıcı" olacaq.

Redaktor.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin mətbuat katibi İsmayıl Bəqai bildirib.

"İrana qarşı müharibə BMT-nin dünya səhnəsində sonunun başlanğıcıdır, çünki bu təşkilat ölkəmizə qarşı təcavüzlə bağlı düzgün mövqe tuta bilməyib", - deyə o əlavə edib.

BMT Təhlükəsizlik Şurasının İranla bağlı dünənki qətnaməsi hüquqdankənar və tamamilə qanunsuzdur.

"Report" xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi İsmayıl Bəqai "X"dəki hesabında yazıb.

O bildirib ki, heç nə xalqın ayrılmaz özünümüdafiə hüququnu ləğv edə bilməz: "Bu qətnamə BMT Nizamnaməsinin və beynəlxalq hüququn əsas prinsiplərini təhrif edir", - Bəqai bildirib.

Onun fikrincə, qətnamə BMT Təhlükəsizlik Şurası sisteminin tənəzzülə uğradığını sübut edir:

"Şura ABŞ ilə İsrailin İrana qarşı təcavüzünü birmənalı və qətiyyətlə pisləməli idi. Bunun əvəzinə o, İranı pisləmək qərarına gəldi".

İran XİN-in sözçüsü qeyd edib ki, heç bir ölkə ABŞ və İsrailin İrana qarşı qanunsuz müharibəsinə yardım göstərməməlidir. "İrana qarşı davam edən bu təcavüz Fars körfəzi ölkələrinin ərazilərində yerləşdirilmiş Amerika hərbi bazaları və vasitələrindən istifadə edilmədən aparıla bilməzdi", - Bəqai vurğulayıb və əlavə edib ki, İran öz qonşularının suverenliyini və ya ərazi bütövlüyünü pozmaq niyyətində deyil və maksimum təmkin nümayiş etdirir:

"Silahlı qüvvələrimiz beynəlxalq humanitar hüquqa tam sadiq qalaraq, hədəfləri son dərəcə ehtiyat və diqqətlə seçir və yalnız hücum edənlərin müharibə aparmaq üçün istifadə etdikləri hərbi bazalara, obyektlərə və vasitələrə zərbələr endirir".

Seçilən
43
1
redaktor.az

2Mənbələr