AZ

Yüksək sürət qəzaya səbəb oldu; avtomobil TIR ın altına girdi VİDEO

Avtosfer saytından verilən məlumata görə, ain.az xəbər verir.

Yüksək sürət ağır yol qəzasına səbəb olub. Avtosfer.az xəbər verir ki, Türkiyənin Bursa şəhərində baş verən hadisə kameraya düşüb.

“Audi” ilə təhlükəli manevrlər edən sürücü evə piyada getdi - VİDEO

Məlumata görə, Osmanqazi rayonunda 23 yaşlı Oktay S.-in yüksək sürətlə idarə etdiyi 16-APN-53 nömrə nişanlı avtomobil, Yusuf Y.-nin idarə etdiyi 16-AT-315 nömrə nişanlı maşınla toqquşub. Zərbənin təsirindən idarə etmədən çıxan avtomobil park edilmiş 16-RS-365 nömrə nişanlı TIR-a arxadan çırpılaraq altına girib.

Qəza nəticəsində avtomobildə sıxılı qalan sürücü xilasedicilər tərəfindən çıxarılaraq tibb işçilərinə təhvil verilib. Ağır yaralanan sürücü hadisə yerində ilkin tibbi yardım göstərildikdən sonra xəstəxanaya aparılıb.

Polis qəza ilə bağlı araşdırmaya başlayıb.

Sözügedən hadisənin anbaan görüntülərini təqdim edirik:

Namiq Musayev

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
62
avtosfer.az

1Mənbələr