AZ

Həmin vaxt dronları ruslar idarə etmirdi Zelenski İranla bağlı elə şeylər danışdı ki...

ain.az, GlobalInfo portalına istinadən məlumat yayır.

“Ukraynaya qarşı istifadə olunan ilk “Şahed” kamikadze dronlarını rusiyalılar deyil, iranlı operatorlar idarə edib”.

Globalinfo.az xəbər verir ki, bu barədə prezident Zelenski Rumıniya Prezidenti Nikușor Dan ilə keçirdiyi birgə mətbuat konfransında deyib.

Zelenskinin sözlərinə görə, Ukrayna kəşfiyyatı ilk “Şahed”lərin buraxılışı ilə bağlı mühüm məlumatlara malikdir. Prezident qeyd edib ki, həmin vaxt dronları rusiyalı operatorlar idarə etmirdi:

“Biz bilk ‘Şahed’lərin necə buraxıldığını. Həmin vaxt onları iranlı operatorlar idarə edirdi. Çünki rusiyalıları öyrətmək lazım idi və onlar bunu real müharibə şəraitində həyata keçirdilər”, – Zelenski vurğulayıb.

Qərb mediasının yazdığına görə isə ABŞ Ukraynanın dron sistemlərinə maraq göstərir. Bunun əsas səbəbi həmin pilotsuz aparatların ucuz olmasıdır.

Əliyar Xəlil

Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
51
globalinfo.az

1Mənbələr