AZ

5 aydır əkib-becərdikləri pambığın pulunu ala bilmirlərVİDEO

Nadir Əliyev Salyan rayonunun Qızılağac kəndindən paytaxta gəlib ki, dərdini danışsın...

Xezerxeber.az-ın xəbərinə görə, o deyir ki, icarəyə torpaq götürüb pambıq əkib. Pambığı becərib, təhvil verib. Ancaq 5 aydır ki, pulun ala bilmir.

Nadir Əliyev deyir ki, min bir əziyyətlə əkib becərdiyi pambığın pulun ala bilmədiyinə görə, icarə haqqını ödəyə bilmir, kredit borcunu gecikdirir, problemləri yaranır, ancaq qarşı tərəf də pulların nə vaxt veriləcəyi ilə bağlı konkret bir söz demir.

Fermer Elmar Cəlilov da Salyan Aqro parkının pambığın pulunu ödəməməsindən şikayətçidir.

O, deyir ki, Pambığın yenidən əkilməyinə 1 ay qalıb, ancaq hələ də tədarük etdikləri məhsulun pulunu ala bilməyiblər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Seçilən
68
1
xezerxeber.az

2Mənbələr