AZ

"Bir verilişi bağlamaqla...” - Tünzalə Ağayeva QADAĞALARDAN DANIŞDI

Xalq artisti Tünzalə Ağayeva ARB TV-də yayımlanan “Sən olsaydın” verilişinin qonağı olub.

Musavat.com xəbər verir ki, pop ulduz son dövrlərdə qadağan olunan proqramlar haqqında danışıb.

“Biz bir verilişi qadağan etməklə, problemi həll etmirik. Məsələnin həlli ağıllı, gözəl, Azərbaycan dilini, ədəbiyyatını, musiqi mədəniyyətini qoruyan, bizi biz edən və utandırmayan verilişlərə daim dəstək olmalıyıq. Çox təəssüf ki, marifləndirilmə reytinq verə bilmir. Çünki mariflənmə düşüncə, əzm, zəhmət tələb edir”.

Seçilən
86
musavat.com

1Mənbələr