AZ

UEFA PSJ – “Çelsi” matçında baş verən insidentlə bağlı araşdırmaya başlayıb

UEFA Çempionlar Liqası çərçivəsində keçirilən PSJ – "Çelsi" oyunu zamanı baş verən insidentlə bağlı araşdırmaya başladığını açıqlayıb.

90deqiqe.Az xəbər verir ki, görüş zamanı London klubunun hücumçusu Pedro Neto top verən oğlanı itələyib və nəticədə bolboy yerə yıxılıb. UEFA futbolçunu qeyri-idman davranışında ittiham edir və məsələ müəyyən olunmuş qaydada araşdırılacaq.

Qeyd edək ki, matçdan sonra Neto bolboydan həm şəxsən, həm də ictimai şəkildə üzr istəyib.

Qarşılaşma PSJ komandasının 5:2 hesablı qələbəsi ilə başa çatıb. Cavab oyunu martın 17-də Londonda keçiriləcək. 

Seçilən
53
90deqiqe.az

1Mənbələr