AZ

“Neftçi”li bir güllə ilə iki dövşan vurdu: “Ucuz insanlarsınız!”

“Neftçi”ylə AFFA arasında baş qaldıran “müharibə” davam edir.

Premyer Liqanın 22-ci turu çərçivəsində keçirilən “Şamaxı” – “Neftçi” görüşündə baş hakim Kamranbəy Rəhimovun qonaqların qapısına təyin etdiyi penalti ilə hesabın bərabərləşməsi (2:2) intriqanın təməli idi.

“Ağ-qaralar” rəsmi səhifələri vasitəsi ilə AFFA-nın Hakimlər Komitəsinə sərt mesaj göndərincə, çox keçmədən assosiasiya bəyanat yayaraq klub rəsmilərini görüşə dəvət etdi.

“Neftçi” – “Turan Tovuz” qarşılaşmasında isə “Forza Neftçi” azarkeş qrupu hazırladığı xareoqrafiya vasitəsi ilə hakimlərin AFFA rəhbərliyindən asılı vəziyyətdə olmasının rəsmini çəkib, “Sizə nə VAR?” mesajını göndərdi.

İntizam Komitəsi son iclasında azarkeşlərin əməlinə görə paytaxt klubunu 15 min manat məbləğində cərimələdi.

“Neftçi” camiəsinin cavabı özünü çox gözlətmədi.

Bu dəfə qrupun rəhbəri Səccad Abasov özünün “feysbuk” səhifəsində “Neftçi” rəhbərliyinə səslənərək AFFA-nı “bombalayıb”. Başqa cür desək, bir güllə ilə iki dövşan vurub:

“Son oyunla bağlı bir neçə məsələ var, bu barədə bəzi fikirlər bildirmək istəyirəm.

İstədiyiniz azarkeş idi, qapı arxası tamamilə dolmuşdu. Sıravi “Neftçi”sevərlər də orada idi.

Amma gəl ki, göstərdiyiniz oyun bərbad idi. İkinci hissə rəqib qapısına düşməyən “Neftçi” hamımızın ümidlərin puç etdi. Çatışmayan nədir axı!?

Azarkeşlər üzərinə düşəni etdi, rəhbərlik haqqında isə bunu demək məchul məsələdir.
Gələk növbəti məsələyə - "təhqiramiz pankart".

AFFA rəhbərliyi təhqir edildiyini boynuna aldı, bunu özünə qəbul etdi. Ucuz insanlarsınız! Siz qəbul etdiniz ki, “Neftçi”nin ayağının altını qazırsınız.

15.000 sizə ödəndi, 15 qəpik olmayan şərəfiniz qarşılığında. Biz sizə göstərdik ki, ədalətsizlik qarşısında susmuruq.

“Forza Neftçi” elə “Neftçi”nin özüdür. “Neftçi” əsla yıxılmaz!”

23 turdan sonra aktivində 31 xal olan “ağ-qaralar” turnir cədvəlində 7-ci pillədə qərarlaşıb.

HƏBİB / SPORTİNFO.AZ

Seçilən
56
sportinfo.az

1Mənbələr