Pakistanın paytaxtı İslamabadda Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin nəzdində fəaliyyət göstərən Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AIDA) dəstəyi və ölkəmizin Pakistandakı səfirliyinin təşkilatçılığı ilə iftar süfrəsi açılıb.
Səfirlikdən Publika.az-a bildiriblər ki, iftar süfrəsi İslamabadda fəaliyyət göstərən “Jamia Qasmia” mədrəsəsində təhsil alan şagirdlər və onların ailələri üçün təşkil olunub. Müqəddəs Ramazan ayı münasibətilə şagirdlərə ərzaq paketləri təqdim edilib.