AZ

Bundesliqada fevral ayının ən yaxşı futbolçusu müəyyənləşib

Almaniya Bundesliqasında fevral ayının ən yaxşı futbolçusu açıqlanıb.

90deqiqe.Az xəbər verir ki, mükafatı "Bavariya"nın hücumçusu Harri Keyn qazanıb.

İngilis hücumçu ötən ay Almaniya çempionatında dörd oyunda meydana çıxıb və hər matçda dubl edib. Keyn həmin görüşlərdə, həmçinin bir məhsuldar ötürmə ilə də yadda qalıb.

Bu mövsüm Bundesliqa çərçivəsində Keyn 24 oyunda 30 qol vurub.

Bundesliqanın turnir cədvəlinə "Bavariya" rahatlıqla başçılıq edir. İkinci yerdə qərarlaşan "Borussiya Dortmund" onlardan 11 xal geridədir. "Bayern Münhen" növbəti Bundesliqa oyununu 14 mart şənbə günü səfərdə "Bayer Leverkuzen"ə qarşı keçirəcək.

Seçilən
66
90deqiqe.az

1Mənbələr