AZ

Azərbaycanın daha bir qadın güləşçisi Avropa çempionatında finala yüksəlib

Azərbaycanın qadın güləşçisi Ruzanna Məmmədova Serbiyanın Zrenjanin şəhərində keçirilən U-23 Avropa çempionatı turnirində finala vəsiqə qazanıb.

90deqiqe.Az xəbər verir ki,  62 kq çəki dərəcəsində mübarizə aparan idmançı yarımfinal mərhələsində fransalı Iris Matilda  Tibu üzərində qələbə qazanaraq həlledici görüşə yüksəlib.

Bu gün, həmçinin Gültəkin Şirinova (55 kq) finalda macarıstanlı Gerda Terek, Günay Qurbanova (59 kq) isə Belarus təmsilçisi Marta Hetmanava ilə üz-üzə gələcək.

 

Seçilən
71
33
90deqiqe.az

10Mənbələr