AZ

Futzal üzrə Yüksək Liqada XIV turun oyunları keçirilib

Futzal üzrə Azərbaycan Yüksək Liqasında XIV turun oyunları keçirilib.

90deqiqe.Az xəbər verir ki, günün ilk qarşılaşmasında “Neftçi” İK “Baku Fire” üzərində 5:3 hesablı qələbə qazanıb. Turun növbəti matçında isə “Araz-Naxçıvan” U-19 komandasını 13:0 hesabı ilə məğlub edib.

Turun son görüşündə “Şuşa” “Lənkəran”a qalib gəlib. Bu qarşılaşma 14:1 hesabı ilə başa çatıb.

XIV turdan sonra turnir cədvəlinə 37 xalla “Neftçi” İK və “Araz-Naxçıvan” liderlik edir. “Baku Fire”in aktivində 26, “Şuşa”nın 18, U-19 komandasının 9 xalı var. “Lənkəran” isə hələlik xal qazana bilməyib.

Seçilən
42
90deqiqe.az

1Mənbələr