AZ

Ruzanna Məmmədova Avropa çempionatının finalına vəsiqə qazanıb

Azərbaycanın qadın güləşçisi Ruzanna Məmmədova (62 kq) Serbiyanın Zrenyanin şəhərində təşkil olunan U-23 Avropa çempionatında finala vəsiqə qazanıb.

"Far.Az"un yarışa ezam olunmuş əməkdaşının məlumatına görə, R.Məmmədova yarımfinalda fransalı İris Matilda Tibunu məğlub edib.

Qeyd edək ki, daha əvvəl Gültəkin Şirinova və Günay Qurbanova da finala vəsiqəni təmin etmişdi.

Seçilən
72
33
far.az

10Mənbələr