AZ

Elektrik enerjisindən istifadə qaydalarının pozulmasına görə cəzalar sərtləşdirilib

ain.az xəbər verir, Newscenter.az saytına əsaslanaraq.

Yanacaq-enerji sektorunda qanun pozuntularına qarşı mübarizə tədbirlərinin təkmilləşdirilməsi ilə əlaqədar Özbəkistan Respublikasının Cinayət Məcəlləsinə və Özbəkistan Respublikasının İnzibati Məsuliyyət Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi haqqında” Qanun qəbul edilib.Newscenter.az "Sputnik Özbəkistan"a istinadən bildirir ki, qanunla Cinayət Məcəlləsinə və İnzibati Məsuliyyət Məcəlləsinə dəyişikliklər və əlavələr edilib.İnzibati Məsuliyyət Məcəlləsinə edilən dəyişikliklərə əsasən, ictimai elektrik, istilik, qaz şəbəkələrinə özbaşına qoşulma və ya onlardan istifadə qaydalarının digər şəkildə pozulması vətəndaşlar üçün minimum əmək haqqının 15 mislindən 20 mislinə qədər, vəzifəli şəxslər üçün isə minimum əmək haqqının 25 mislindən 30 mislinə qədər cərimə nəzərdə tutulur.Hazırkı redaksiya vətəndaşların minimum əmək haqqının 10 mislindən 15 mislinə qədər, vəzifəli şəxslərin isə minimum əmək haqqının 20 mislindən 25 mislinə qədər cərimə olunacağını müəyyən edir.Kommersiya məqsədləri üçün ictimai elektrik, istilik, qaz və ya su təchizatı şəbəkələrinə özbaşına qoşulma minimum əmək haqqının 15 mislindən 25 mislinə qədər cərimə və ya 15 günə qədər inzibati həbslə nəticələnəcəyi müəyyən edilib.Cinayət Məcəlləsinə edilən dəyişikliklərə əsasən, belə bir əmələ görə inzibati cəza tətbiq edildikdən sonra ictimai elektrik, istilik, qaz və ya su təchizatı şəbəkələrinə özbaşına qoşulma minimum əmək haqqının 30 mislindən 75 mislinə qədər cərimə və ya 240 saata qədər məcburi ictimai işlər və ya bir ilə qədər islah işləri ilə cəzalandırılır.Süleyman

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
8
1
newscenter.az

2Mənbələr