AZ

Pakistanda şagirdlər üçün iftar süfrəsi açılıb

Bakı, 12 mart, AZƏRTAC

Pakistanın paytaxtı İslamabadda Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin nəzdində fəaliyyət göstərən Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AIDA) dəstəyi və ölkəmizin Pakistandakı səfirliyinin təşkilatçılığı ilə iftar süfrəsi açılıb.

Səfirlikdən AZƏRTAC-a bildiriblər ki, iftar süfrəsi İslamabadda fəaliyyət göstərən “Jamia Qasmia” mədrəsəsində təhsil alan şagirdlər və onların ailələri üçün təşkil olunub. Müqəddəs Ramazan ayı münasibətilə şagirdlərə ərzaq paketləri təqdim edilib.

Seçilən
28
4
azertag.az

6Mənbələr