AZ

Ay torpağında noxud yetişdirilməsi mümkün ola bilər

NASA-nın Artemis II missiyasına hazırlıq fonunda alimlər gələcək astronavtların qida təminatı məsələsini araşdırırlar. "University of Texas at Austin" alimlərinin yeni araşdırmasına görə, noxud Ayda yetişdirilə biləcək qida məhsullarından biri ola bilər.

QHT.az xarici mediaya istinadən bildirir ki, alimlər Ay torpağını təqlid edən xüsusi materialda noxud yetişdirməyə nail olublar. Tədqiqat Texas A&M University ilə əməkdaşlıq çərçivəsində aparılıb.

Araşdırma zamanı alimlər Ay torpağını xatırladan qarışığı qurd kompostu ilə birləşdiriblər. Nəticələr göstərib ki, bitkilər tərkibində 75 faizə qədər “Ay torpağı” olan qarışıqlarda inkişaf edə bilir. Lakin bu göstərici artdıqda bitkilər stress keçirir və tez məhv olur.

Alimlər hesab edirlər ki, bu nəticələr gələcəkdə Ayda qida istehsalı imkanlarını öyrənmək baxımından mühüm addımdır. Bununla yanaşı, yetişdirilən noxudun insan sağlamlığı üçün təhlükəsiz olub-olmadığı və lazımi qida dəyərinə malik olub-olmadığı hələ də araşdırılır.

Fatimə Nəbiyeva

Seçilən
96
qht.az

1Mənbələr