AZ

Bakıda bizi çox gözəl günlər gözləyir Sabiq prezident

ain.az, Unikal.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Yaşadığımız çətin dövrlər haqqında danışmaq, onları müzakirə etmək və müəyyən həll yolları tapmaq baxımından Bakının təklif etdiyi platforma çox vacibdir. Bizi buraya dəvət etdiyinə görə Azərbaycan hökumətinə çox təşəkkür edirəm.

"Unikal" xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Latviyanın sabiq Prezidenti Valdis Zatlers deyib.

V.Zalters İrandakı vəziyyətə toxunaraq bunu mürəkkəb məsələ adlandırıb. "Böhran yaratmaq daha asandır, böhranla mübarizə aparmaq isə çox çətindir. Bütün hikmət də bundadır. Hamımız öz səhvlərimizdən dərs çıxarmalıyıq və başqalarının səhvlərindən də öyrənməliyik. Bu isə bu günün ən böyük problemlərindən biridir", - deyə forum iştirakçısı əlavə edib.

Bakı Qlobal Forumunun əhəmiyyətini vurğulayan sabiq prezident burada bir çox təcrübəli insanların cəmləndiyini qeyd edib. “Bakıda bizi çox gözəl günlər gözləyir. Əminəm ki, burada bəzi mühüm mesajlar veriləcək", - deyə V.Zalters vurğulayıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
68
3
unikal.az

4Mənbələr