AZ

Ərdoğan Quterreşi “Atatürk Beynəlxalq Sülh Mükafatı” ilə təltifETDİ

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Baş katibi Antonio Quterreşə “Atatürk Beynəlxalq Sülh Mükafatı”nı təqdim edib.

Redaktor.az xəbər verir ki, Türkiyədə rəsmi səfərdə olan BMT Baş katibi Antonio Quterreş prezident Ərdoğanla təkbətək görüşüb. Mükafat ona görüşdən sonra keçirilən mərasimdə təqdim olunub.

Mərasimdə çıxış edən Türkiyə prezidenti Quterreşə xidmətlərinə görə təşəkkürünü bildirib.

“Onun xidmətləri sayəsində bir çox humanitar problemlər həll olunub. Sülh üçün fədakarcasına xidmət edən BMT-nin bütün əməkdaşlarına təşəkkür edirəm”,- deyə Ərdoğan qeyd edib.

Seçilən
33
5
redaktor.az

6Mənbələr