AZ

Tramp: İran milli komandasının 2026-cı il Dünya Kubokunda iştirakı məsləhət deyil



ABŞ İran milli komandasının 2026-cı il dünya çempionatında iştirakını alqışlayacaq, lakin təhlükəsizliklə bağlı narahatlıqlar səbəbindən onun çempionatda iştirakı məsləhət görülmür.

Newscenter.az TASS-a istinadən bildirir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib. O, TruthSocial sosial şəbəkəsində bunları yazıb:

"İran milli futbol komandası Dünya Kubokunda xoş qarşılanacaq, amma mən onların gəlməsinin uyğun olduğunu düşünmürəm, bu, onların öz təhlükəsizliyi üçündür".

Daha əvvəl İranın gənclər və idman naziri Əhməd Donyamali milli futbol komandasının 11 iyun - 19 iyul tarixlərində ABŞ, Kanada və Meksikada keçiriləcək Dünya Kubokunda iştirak etməyəcəyini açıqlamışdı. İran komandasının qrup mərhələsinin hər üç oyununu ABŞ-da keçirməsi planlaşdırılırdı. Komanda püşkatma yolu ilə Belçika, Misir və Yeni Zelandiya ilə eyni qrupda yer almışdı.

Anar
Seçilən
77
2
newscenter.az

3Mənbələr