ain.az bildirir, Newscenter.az saytına əsaslanaraq.
Türkiyədə sərnişin avtobusu qəzaya uğrayıb.Newscenter.az trthaber-ə istinadən bildirir ki, hadisə Mersində qeydə alınıb. Məlumata görə, Mersinin Anamur rayonunda kənd təsərrüfatı işçilərini daşıyan mikroavtobus dərəyə yuvarlanıb. Qəza nəticəsində sürücü daxil olmaqla 2 nəfər ölüb, 12 nəfər yaralanıb.Məlumatdan sonra hadisə yerinə 112 Təcili Tibbi Yardım, jandarma və yanğınsöndürmə qrupları göndərilib.Yaralılar Anamur Dövlət Xəstəxanasına aparılıb.Anar
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.