AZ

Paşinyan Azərbaycana görə onu CƏZALANDIRDI – Bakıdan REAKSİYA

“Erməni Soyqırımı” Muzey-İnstitutunun direktoru Edita Qzoyan istefa verib. Musavat.com xəbər verir ki, bunu ondan Ermənistanın baş naziri Nikol Paşinyan tələb edib. Paşinyan ona qarşı bu tələbi irəli sürdüyünü özü təsdiqləyib.

Jurnalistlər baş nazirdən bu qərarın fevralın 10-da ABŞ vitse-prezidenti Ceyms Devid Vensin səfəri zamanı Qzoyanın "artsax" sözünü işlətməsi və ona bu mövzuda kitab hədiyyə etməsi ilə əlaqəli olub-olmadığını soruşublar.

"Bəli, mən bunu Ermənistanın xarici siyasətinə zidd hərəkət hesab etdim, təxribat kimi qiymətləndirdim və ondan bəyanat yazmasını xahiş etdim", - deyə Paşinyan bildirib.

Akif

Paşinyanın bu addımını dəyərləndirən Azad Vətən Partiyasının sədri Akif Nağı Musavat.com-a bildirib ki, Ermənistan hökumətinin başçısı sülh istiqamətində müəyyən işlər görməyə çalışır. Onun sözlərinə görə, baş nazir fərqli mövqe ortaya qoyur və bu, həm də seçki kampaniyasının tərkib hissəsidir:

“Paşinyan Azərbaycanla münasibətləri normallaşdırmağa çalışır və başa düşür ki, Ermənistanın çıxış yolu bundan asılıdır. Eyni zamanda, normallaşma prosesinə əngəl olan elementlər qarşı da sərt addımlar atır. Paşinyan “artsax” ifadəsinin və ya mövzusunun hər hansı bir formada gündəmə gətirilməsinin Azərbaycanla münasibətlərə mənfi təsir göstərdiyini yaxşı anlayır. Qondarma muzeyin rəhbəri Qzoyanın "artsax" sözünü işlətdiyi üçün işdən istefaya göndərilməsi revanşistlərə, separatçılara da dərs olmalıdır”.

Etibar Seyidağa,
Musavat.com

 

Seçilən
12
1
musavat.com

2Mənbələr