AZ

“Onlara hücumlar davam etdiriləcək...” Xamenei kompensasiya tələb edir

Azpolitika.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

"ABŞ-nin bazaları bağlanmasa, onlara hücumlar davam etdiriləcək".

"AzPolitika" xəbər verir ki, bunu İranın yeni ali rəhbəri Müctəba Hüseyni Xamenei xalqa ilk müraciətində bildirib.

O bəyan edib ki, qonşu ölkələrlə dostluğa inanır, amma ABŞ-nin hərbi bazaları oralarda bağlanmalıdır: "ABŞ-nin bazaları bağlanmasa, onlara hücumlar davam etdiriləcək".

Ölkənin ali lideri qeyd edib ki, İran tərəfi maliyyə zərərinə görə kompensasiya tələb edir: "Biz rəqibdən kompensasiya tələb edəcəyik və əgər o imtina etsə, onun əmlakından lazım bildiyimiz qədər götürəcəyik. Əgər bu mümkün olmasa, onun əmlakının eyni miqdarını məhv edəcəyik".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
57
azpolitika.info

1Mənbələr