Azərrbaycan millisinin üzvü Nəriman Axundzadə ABŞ-dadır.
Ötən ay “Kolombus Kryu” ilə anlaşmasına baxmayaraq, viza işlərinə görə vətəni tərk edə bilməyən 21 yaşlı hücumçu yeni komandasının məşqlərinə qoşulub.
Nərimanın Avropanın yox, ABŞ klubunun maraq dairəsinə düşməsi böyük əksəriyyətdə sual doğurmuşdu. Ki, okeanın o tayına hansı yolla, kimin vasitəsi ilə yollanıb? Əməkdaşlığın baş tutmasında hansı agentin rolu olub?
Həmin şəxs Sem Nordindir.
Əslən Əlcəzairdən olan, Fransa vətəndaşlığını daşıyan Nordin Nərimanın keçidində pay sahibidir.
Vaxtilə peşəkar futbolla məşğul olub, mərkəz müdafiəçisi mövqeyində oynayıb. Fransa, İsveçrə, Kipr, Əlcəzair, Libiya kimi ölkələrdə top qovub.
43 yaşlı menecer Azərbayacanda legioner həyatı yaşamış və yaşamaqda olan bəzi legionerin ölkəmizə gəlməsinə vasaitəçilik edib.
Masaki Murata (Sumqayıt), Leroy Mikels (Şamaxı), Adama Diakabi (Qarabağ), Kilan Lebon (Neftçi) məhz bu şəxsin müştəriləridir.
Fransalı agent “instagram” hesabında Nərimanla fotosunu paylaşaraq izləyicilərinə həmyerlimizin ABŞ klubu ilə anlaşdığını çatdırıb.
HƏBİB / SPORTİNFO.AZ