AZ

Trampdan İranla bağlı ƏN SON açıqlama: “Bütün dünyanın dağılması…”

ABŞ Prezidenti Donald Tramp neft qiymətləri və İranla bağlı açıqlama verib.

NOCOMMENT.az xəbər verir ki, Tramp sosial şəbəkə hesabında paylaşım edərək bildirib ki, ABŞ dünyada ən böyük neft istehsalçısıdır və qiymətlərin artması ölkəyə ciddi gəlir gətirir.

Onun sözlərinə görə, neft qiymətləri yüksəldikdə ABŞ böyük gəlir əldə edir. Lakin Tramp prezident kimi əsas prioritetinin başqa məsələ olduğunu vurğulayıb.

“Birləşmiş Ştatlar böyük fərqlə dünyanın ən böyük neft istehsalçısıdır. Buna görə də neft qiymətləri artdıqda biz çox pul qazanırıq. Amma mənim üçün, prezident kimi, daha böyük maraq və əhəmiyyət daşıyan məsələ şər imperiyası – İranın nüvə silahı əldə etməsinin qarşısını almaq və Yaxın Şərqin, əslində isə bütün dünyanın dağıdılmasının qarşısını almaqdır”, – deyə Tramp qeyd edib.

Aliyə
NOCOMMENT.az

Seçilən
43
nocomment.az

1Mənbələr