AZ

Sabiq Prezident: Dünya məqsədsiz prosesə ehtiyac görmür VİDEO

Bakı, 12 mart, AZƏRTAC

Çalışmalıyıq ki, dünyada hər kəs üçün qəbul edilən bir model olsun. Əks halda münaqişə və toqquşmalar davam edəcək. Müzakirələr isə onu göstərir ki, burada çox işlər görülə bilər.

AZƏRTAC xəbər verir ki, bunu XIII Bakı Qlobal Forumu çərçivəsində keçirilən “Böhran içində çoxtərəflilik: Qlobal əməkdaşlığa yenidən baxış" mövzusunda paneldə çıxış edən Xorvatiyanın keçmiş Prezidenti Kolinda Qrabar-Kitaroviç deyib.

"İndi vəziyyət çox çətindir. Beynəlxalq münasibətlərdə güc rol oynayır. Qaydaları lazımi şəkildə tətbiq etmirik. Coğrafi və əhali baxımından kiçik və böyük dövlətlərin üzərinə qaydalara riayət etmək düşür. Odur ki, bizə çoxtərəflilik və ona xidmət edən təsisatlar lazımdır. Burada bir neçə vacib məqam var. Birincisi, çoxtərəflilik nostalji hisslərlə qurulmayacaq. Əvvəlki təsisatlara eyni inamla yanaşa bilmərik, irəliyə doğru getməli, həmin təsisatlara uyğunlaşmalıyıq. Regional yanaşma genişləndirilməlidir. Bütün tərəflər BMT ilə sıx işləməlidir. Belə olan halda görəcəyimiz işlər uğurlu ola bilər. İkincisi, uyğunlaşmadır ki, bu da təslim olmaq demək deyil. Hər şey güclə həll ediləcəksə, bu, tənəzzüllə nəticələnəcək. İnsan ləyaqəti, mədəniyyət, insan hüquqları əsas götürülməlidir. Üçüncüsü, rəhbərlik olmadan bunlar baş verə bilməz. Yəni rəhbərlərin acı həqiqəti söyləmək bacarığı vacibdir. Dünya məqsədsiz prosesə ehtiyac görmür. Rəhbərlərin olması zəruridir. BMT toplantılar keçirməli, öz sözünü aydın şəkildə deməlidir. Bir araya gələrək böhrana qarşı bu cür mübarizə edə bilərik. Böhrandan sonra dünyanı saxlamağa qadir olacağıqmı? Belə olmazsa, tarix bizi yenidən sınağa çəkəcək", - deyə Kolinda Qrabar-Kitaroviç bildirib.

Seçilən
27
4
azertag.az

5Mənbələr