"Azərbaycan üçün xarici siyasətin prioritet istiqamətlərindən biri Avropa İttifaqı ilə əməkdaşlıqdır".
Newscenter.az xəbər verir ki, bunu YAP üzvü Fərid Hacıbəyli deyib. Onun sözlərinə görə, dövlət başçısı da vurğulayır ki, quruma üzv ölkələrin bir çoxu ilə Azərbaycanın strateji tərəfdaşlıq sənədləri mövcuddur, bu da ölkənin Avropa üçün əhəmiyyətini göstərir:
"Azərbaycanın coğrafi mövqeyi ona dövlətlər və xalqlar arasında körpü rolunu oynamağa imkan verir. Bu səbəbdən qarşılıqlı hörmət və maraq prinsiplərinə əsaslanan münasibətlərin inkişafı Azərbaycanın xarici siyasətinin əsas sütunlarından biridir. 1996-cı ildən tərəfdaşlıq və əməkdaşlıq sazişi, 2004-cü ildən Avropa Qonşuluq Siyasəti, 2009-cu ildən isə Şərq Tərəfdaşlığı proqramı çərçivəsində əməkdaşlıq davam etdirilir. Bu əlaqələr siyasi, iqtisadi və sosial sahələrdə Azərbaycanın Avropa ilə əlaqələrinin möhkəmlənməsini təmin edir".
Anar