AZ

Kiyev və Buxarest iki yeni elektrik ötürmə xətti inşa edəcək - Zelenski

Kiyev və Buxarest Ukraynanın enerji təhlükəsizliyini təmin etmək üçün iki yeni elektrik ötürmə xətti inşa edəcək.

Missiya.Az Report-a istinadən bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski rumıniyalı həmkarı Nikuşor Danla görüşünün yekunlarına dair mətbuat konfransında bildirib.

"Bu, Rusiyanın Ukraynanın enerji infrastrukturuna davamlı hücumları fonunda qəza zamanı Ukraynaya xeyli həcmdə elektrik enerjisi ötürməyə imkan verəcək", - o qeyd edib.

Onun sözlərinə görə, Ukrayna və Rumıniya arasındakı ilk enerji interkonnektorunu ilin sonuna qədər başa çatdırılmağı planlaşdırılır. İkinci, daha böyük interkonnektora gəldikdə isə, tərəflər onun da tikinti müddətini maksimum dərəcədə qısaltmağa çalışırlar.

Xatırladaq ki, daha əvvəl Slovakiya Rusiya neftinin "Drujba" boru kəməri vasitəsilə ölkə ərazisindən tranzitinin dayandırılmasından sonra Ukraynaya qəza rejimində elektrik enerjisi tədarükündən imtina etmişdi.

Seçilən
33
4
missiya.az

6Mənbələr